Rayonlara gediş-gəlişin açılması müzakirə edilir - Prezidentin köməkçisi

ÖLKƏ
11:39 / 15.08.2020
860

“Hazırda rayonlara gediş-gəlişin açılması müzakirə edilir”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, qərarla bağlı məlumat vermək hələ tezdir: 

“Rayonlarda olan epidemioloji vəziyyət barədə çox incəliklə araşdırma aparılır. Hətta rəsmi ezamiyyələr çərçivəsində müvafiq səfərlərin həyata keçirilməsi həmin rayonlarda yoluxma sayına təsir göstərir”.

0