Prezidentin köməkçisindən narazı müğənnilərə CAVAB

ÖLKƏ
12:41 / 15.08.2020
1265

"Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq".

Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

O bildirib ki, toyların həyata keçirilməsi digər xidmətlərin də həyata keçirilməsini nəzərdə tutduğu üçün əmək bazarına, vergi tutumuna və dövlət büdcəsinə xeyirlidir: 

"Toyların keçirilməsi hər bir baxımdan yaxşı olardı. Bəzi mədəniyyət xadimlərinin bu haqda emosional çıxışlarını da gördük, onları da anlayışla qarşılayırıq. Amma digər tərəfdən məsuliyyətli dövlət anlayışı da var. Bu gəlirləri kənara qoyaraq insanların sağlamlığı önə keçir. Dövlət vətəndaşların sağlamlığı üçün bu addımları atmalıdır. Ona görə də toyların hansı məqamda keçiriləcəyi ilə bağlı fikir demək çətin olardı. Hazırda bununla bağlı qərar yoxdur".

0
modern.az