Məhərrəm ayında məscidlər açılacaq? - TƏBİB-dən CAVAB

ÖLKƏ
13:28 / 15.08.2020
1198

"Koronavirusla bağlı ölkədə məscidlər fəaliyyət göstərməyəcək. Bu il Aşura günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək".  

HİT.Az Report-a istinadən xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mikrobiologiya İşçi Qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə də müzakirə olunur: "Sosial məsafə saxlanılmaq şərti ilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək".

0