Hikmət Hacıyev qərargahla bağlı satirik video hazırlayan şəxsi təqdir etdi

ÖLKƏ
13:49 / 15.08.2020
1039

Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün Operativ Qərargahın birifinqində sosial şəbəkələrdə yayılan videolara münasibət bildirib.

HİT.Az xəbər verir ki, o, bəzən qərargahın iclasları ilə bağlı satirik filmlər hazırlandığını vurğulayıb: “Biz bunu çox normal qəbul edirik. Ərtoğrul adı ilə sosial şəbəkələrdə çıxış edən bir şəxs var, onun fəaliyyətini yüksək qiymətləndiririk. 

Satira Azərbaycan ədəbiyyatının və xalqının mədəniyyətində vacib özəlliklərdən biridir. Belə kreativ insanlara operativ qərargahın iclaslarına göstərdikləri bu diqqətə görə də bir daha təşəkkür edirik, o videoları çox bəyənirik. Videoları dublyaj edən şəxsi Prezident Administrasiyasına görüşə dəvət edirik".

0