Oturaq həyat tərzinin fəsadlarını necə aradan qaldırmaq olar?

ÖLKƏ
20:38 / 15.08.2020
757

Oturaq həyat fiziologiya baxımından ən səhv duruşdur, çünki ayaqlara qan dövranı o qədər yavaşlayır ki, bu da bahalı müalicə və ağır nəticələrə səbəb olur.

Publika.az xəbər verir ki, kardioloq Vladimir Xoroşev “Sputnik” radiosuna müsahibəsində oturaq həyatın zərərlərinin qarşısını almağın mümkün olduğunu deyib.

“Oturaq həyat əlverişsizdir. Bir insanın oturaq həyat tərzindən qaçmaq imkanı varsa, onda bunu etməlidir. Müasir ofislərdə daimi kompüter masalarının quraşdırılması əbəs deyil”, - kardioloq qeyd edib.

Onun sözlərinə görə, ənənəvi oturaq tərzi daha rahat kreslo tapmaqla yaxşılaşdırmağa cəhd edə bilərsiniz. Ayaqda durmaq funksional baxımdan əlverişli olsa da, zərərsiz olmadığı üçün ideal deyil. Hər iki halda vaxtaşırı isinmə və dartınma hərəkətləri etmək lazımdır.

0