“Azərişıq” ASC-nin sədrinə məxsus şirkətlər – Fazil Məmmədovun yaxın adamı ilə şərikdir - SİYAHI

ÖLKƏ
22:15 / 15.08.2020
1441

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Vüqar Əhmədovun şirkətləri üzə çıxıb.

Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli qeyd edib ki, "Azərişıq" rəhbəri biznes fəaliyyətinə 2010-cu ildən başlayıb, həmin il o, nizamnamə kapitalı 100 manat olan "QRAD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701121201) qeydiyyatdan keçirib: “MMC BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, ZƏRİFƏ ƏLİYEVA KÜÇ. ev.23 m.35 ünvanında hüquqi qeydiyyata alınıb. Şirkətin qanuni qanuni təmsilçisi Kazımov Elçin Sahib oğlu elə həmin il eyni ünvanda hüquqi qeydiyyata alınmış "ŞÜVƏLAN UŞAQ BAĞÇASI" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ-nin də qanuni təmsilçisidir. "ŞÜVƏLAN UŞAQ BAĞÇASI" MMC-nin təsisçisi isə "Azərişıq" rəhbərinin həyat yoldaşı ƏHMƏDOVA NƏRMİN AZAD qızıdır. Vüqar Əhmədov eyni hüquqi ünvanda keçmiş vergilər naziri Fazil Məmmədovun yaxın adamı kimi tanınan İSMAYILOV VÜQAR İSMƏT oğlu ilə şərik "TESTA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİni (VÖEN 1701132901) də təsis edib. Vüqar İsmayılov vaxtilə Vergilər Nazirliyinin Daxili təhlükəsizlik və Vergi öhdəliklərinin icrasına nəzarət departamentlərinə rəhbərlik edib. Şirkətin qanuni təmsilçisi AĞAYEV SAHİB OKTAY oğlu keçmiş vergilər naziri Fazil Məmmədova məxsus Sinergy Şirkətlər Qrupuna daxil olan "AZORCHİD HOTELS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə və ATATRAVEL MMC-yə də rəhbərlik edib. "Azərişıq" şefinin və xanımının şirkətlərinin hüquqi qeydiyyatda olduğu ünvanda daha 3 şirkət qeydiyyatdadır. Bunlardan biri BƏHRAMİ MAHMUD ÇİNGİZ oğlunun təsisçiliyi ilə qeydiyyatdan keçmiş "BEAT CATERING" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİdir. Eyni ünvanda hüquqi qeydiyyatda olan "BEAT GROUP" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ Bakıdakı elit BEERBASHA, MEAT, SUMAKH restoranları, GAZELLİ CAFE, EXPO, Dubaydakı BAKU kafelər şəbəkəsini idarə edir. Şirkətin təsisçisi BABAYEV MURAD KAMAL oğludur. O, təsisçiləri "SİNERJİ ŞİRKƏTLƏR QRUPU" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ və DOYURUCU RESTORAN PASTAHANE VE TURİZM İŞLETMECİLİĞ İ TİCARET LİMİTED ŞİRKETİ (Türkiyə Respublikası) olan "AZORCHİD HOTELS" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə, həmçinin bir müddət isə ATAHOLDİNQ-ə daxil olan "ATATRAVEL" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnə rəhbərlik edib. Vüqar Əhmədova məxsus ünvanda hüquqi qeydiyyata alınmış "VOGA" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin təsisçisi də "Azərişıq" şefinin şəriki, keçmiş vergi məmuru, Fazil Məmmədovun yaxın adamı Vüqar İsmayılovdur. VOGA MMC Bakının Zərdabi küçəsindəki eyniadlı mebel satış mərkəzinə sahibdir. Şirkətin qanuni təmsilçisi MƏMMƏDOV NURƏLİ ƏHMƏDİYƏ oğlunun adı "EVRA" , "SOLENNE" və "ERVA-EN" şirkətlərinin də təsisçisiləri sırasında yer alır. "Azərişıq" şefinin şəriki Vüqar İsmayılova məxsus olduğu məlum olan daha 3 şirkət var. Bunlar "LAYF FİTNES", "PEQAS MARKETİNQ" və "TOSCANA" MMC-lərdir”.

Qeyd: “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Vüqar Əhmədov Cəbrayıl oğlu bu ilin yanvarında quruma sədr təyin olunub. Buna qədər o, Azərişıq ASC-də sədr müavini, daha əvvəl isə İqtisadiyyat və Sənaye Nazirliyi İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub. Vüqar Əhmədov 2015-2018-ci illər Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında təhsil alıb. İxtisası iqtisadçı-energetikdir. Bir müddət keçmiş Xarici İqtisadi Əlaqələr Nazirliyində və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

2
Pravda.az