Putinlə Lukaşenko arasında kritik zəng

DÜNYA
17:32 / 16.08.2020
1001

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında növbəti dəfə telefon danışığı baş tutub.

Teleqraf.com xəbər verir ki, dövlət başçıları Belarusdakı prezident seçkilərindən sonrakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin Belarusa göstərilən təzyiq müzakirə mövzusu olub.

Qeyd edək ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib.

0