Bakının Sabunçu rayonunda qəbiristanlıqdan məzarlıqlara ziyan vurmaqda ittiham olunan qadına cinayət işi açılıb.
Bakı şəhər sakini Kifayət Astan qızı Hüseynovanın barəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) maddəsi ilə ittiham elan edilib.
İstintaq orqanı tərəfindən qadının barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Sabunçu rayon Məhkəməsinə təqdimat verilib.
Hakim Süleyman Ağayevin sədrliyi ilə baş tutan iclasda Kifayət Hüseynovanın barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsində davam edir.
Teleqraf.com