Amerikalı həkim Cudi Mikovits yeni növ koronavirusla bağlı sensasion iddia irəli sürüb.
Həkim elmi faktların gizlədildiyini, COVID-19 infeksiyasının laboratoriyada manipulyasiya edildiyini açıqlayıb.
Cudi Mikovits koronavirusun insanın heyvan bazarında yarasadan infeksiyadan yoluxmaqla yayıldığı barədə irəli sürülən fikirlərlə razılaşmadığını söyləyib.
Onun sözlərinə görə, bu, təbiətdə mümkün deyil: “Virusun təbiətdə yayılaraq epidemiyaya çevrilməsi üçün 800 illik period lazımdır, infeksiya laboratoriyalarda sürətləndirilib”.
Amerikalı həkim onu da vurğulayıb ki, ABŞ-da koronavirusdan ölənlərə görə səhiyyə sistemi adambaşına xəstəxanaya 13 min dollar ödəyir.
Teleqraf.com