Lukaşenkonun diplomatları bir-bir istefa verir - VİDEO

SİYASƏT
18:55 / 18.08.2020
1475

Belarus XİN-nin Şimali Amerika və Qərb Avropa üzrə departamentinin başçısı Andrey Buşilo hakimiyyətin əməllərinə etiraz olaraq istefa verib.

Belarus XİN məlumatı təsdiqləyib. Nazirliyin daha iki əməkdaşı bina qarşısında piket keçirib. Vayeçslav Kozaçenok və Yelena Kopaneva vicdanlarının və Belarusun rəmzi olaraq ağ vərəqlə etiraz ediblər.

Bir neçə gün əvvəl dinc aksiyalara çıxan ölkə sakinlərini dəstəkləyən videomüraciət yayan Belarusun Slovakiyadakı səfiri İqor Leşenya istefa ərizəsi yazıb.

“Mən həqiqətən istefam haqda ərizə yazmışam. Bu məntiqi addımdır, belə ki, mən səfir kimi vəzifədə olan prezident tərəfindən müəyyən edilmiş siyasəti aparmalıyam. XİN hesab edir ki, mənim bəyanatımdakı vətəndaş mövqeyim çərçivədən kənara çıxıb” – Leşenya deyib.

0
Avropa.info