“5G” şəbəkəsi ilə tam əhatə olunan ilk şəhər açıqlandı

DÜNYA
22:50 / 18.08.2020
956

Çinin Quandun əyalətində yerləşən Şençjen dünyada beşinci nəsil mobil rabitə şəbəkəsi ilə tam əhatə edilən ilk şəhər olub. Bu barədə şəhər administrasiyasının rəhbəri Çen Juqu bu münasibətlə keçirilmiş mərasimdə bəyan edib.

HİT.Az  “ICTnews”a istinadən xəbər verir ki, tədbirdə Şəhər Sənaye və İnformasiyalaşdırma İdarəsinin rəhbəri Tzya Sindun tərəfindən təqdim edilən məlumata görə, indiyədək Şençjendə “5G” şəbəkəsi üçün 46,4 mindən çox baza stansiyası qurulub ki, bu da əvvəlcədən planlaşdırılan göstəriciləri 1,5 min ədəd üstələyib. Bundan başqa, Şençjen “5G” şəbəkəsinin əhatə dairəsinin sıxlığına görə ölkədə birinci yeri tutur.

Məlumata görə, şəhərdə yaradılan “5G” şəbəkəsi avtonom şəkildə fəaliyyət göstərir. Avtonom olmayan şəbəkələr avtonomlardan fərqli olaraq qismən “4G” rabitə standartı ilə istifadə edilir, lakin bir sıra “5G” imkanlarını dəstəkləmir. Belə avtonom şəbəkələr üçün infrastruktur sıfırdan yaradılır ki, bu da böyük maliyyə xərcləri ilə müşayiət olunur.

Çində “5G” şəbəkəsi ilə tam əhatə olunan ilk şəhər vəzifəsi ötən ilin sentyabrında Şençjen rəhbərliyi tərəfindən qarşıya qoyulub.

Hazırda “5G” rabitə şəbəkəsi üçün aktiv infrastruktur inşası bütün Çində aparılır. İlin ilk rübündə yeni növ koronavirusun yayılması səbəbindən prosesin bir qədər yubanmasından sonra hazırda işlər sürətli templərlə həyata keçirilir. Çin Sənaye və İnformasiyalaşdırma Nazirliyinin məlumatına görə, hər həftə Çində 10 mindən çox baza stansiyası qurulur. Həmçinin mobil rabitə operatorları tərəfindən bu yaxınlarda “5G” üçün tarif paketləri ucuzlaşdırılıb.

Hökumətin planına görə, cari ilin sonunadək Çində ümumilikdə 800 min “5G” baza stansiyası quraşdırılacaq, istifadəçilərin sayı isə 200 min nəfəri ötəcək

0