Koronavirusa qarşı dünyanın ilk vaksininin istehsal görüntüləri - VİDEO

ÖLKƏ
20:27 / 18.08.2020
762

Rusiya Səhiyyə Nazirliyi Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin hazırladığı koronavirusa qarşı dünyanın ilk vaksinin istehsal görüntülərini yayıb.

Bu barədə “LifeShot” “Telegram” kanalı xəbər dərc edib.

Kadrlarda mütəxəssislərin maska rejimini qorumaqla laboratoriyalarda vaksinlərin istehsalı üzərində işlədikləri görünür.

Xatırladaq ki, adenovirus vektoruna əsaslanan koronavirus infeksiyasına qarşı dünyada ilk peyvənd Rusiya Federasiyasının Səhiyyə Nazirliyində avqustun 11-də qeydiyyata alınıb.

0
Oxu.az