Kürdəmirdə yas təşkil edənlər cərimələndi - FOTO

ÖLKƏ
14:20 / 18.08.2020
1341

Kürdəmirdə yas mərasimi təşkil edənlər cərimələnib.

HİT.Az xəbər verir ki, Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları rayonun Türkədi kənd sakini Əhmədov Həsən Mərifət oğlunun karantin rejimini pozaraq həyətində yas mərasimi təşkil etməsi faktını aşkarlayıb.

Dərhal polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nətcəsində yas mərasiminin keçrilməsi dayandırılıb.Ev yiyəsi Həsən Əhmədov və yas mərasimdə iştirak edən bir neçə nəfər saxlanılaraq rayon  polis şöbəsinə dəvət olunub.

Onlarla profilaktiki söhbətlər aparıldıqdan sonra  hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin müvafiq bəndinə əsasən inzibatı cərimə tətbiq olunub.

0