AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik yeni təyinat alıb.
"Report"un məlumatına görə, o, UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şaxtyor” (Belarus) – “Sfintul Gheorghe” (Moldova) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, qarşılaşma avqustun 27-də Soliqorsk şəhərindəki “Stroitel” stadionunda gerçəkləşəcək.