Telekanaldan Rövşanənin işdən çıxarılması ilə bağlı AÇIQLAMA

ÖLKƏ
21:00 / 18.08.2020
1444

Hazırda yeni mövsümə hazırlıqlar gedir. Kimin hansı proyektdə olması və hansı layihələrin, aparıcıların olacağı barədə hələlik məlumat vermirik.

Bunu tanınmış aparıcı Rövşanə Ağasəfqızının işdən azad edilməsi barədə yayılan xəbərlərə münasibət bildirən ARB Media Qrupunun mətbuat xidmətinin rəhbəri Ozal İbrahimli deyib. O bildirib ki, hər şey qaydasına qoyulduqdan sonra bununla bağlı mətbuata geniş açıqlama veriləcək:

“Hazırda layihələr üzərində çalışırıq və onlara adaptasiya olmuşuq. Yeni aparıcılarımız və yeni layihələrimiz olacaq. Kimin hansı verilişi aparacağı və yeni əməkdaşlarımız barədə yeni mövsümə yaxın ətraflı məlumat verəcəyik”.

Qeyd edək ki, ARB telekanalının tanınmış teleaparıcı Rövşanə Ağasəfqızı ilə yollarını ayırması barədə məlumat yayılıb. R.Ağasəfqızı Nyus24.az saytına açıqlamasında işdən çıxarılmasının səbəbini bilmədiyini, onunla bərabər daha bir neçə aparıcının işdən kənarlaşdığını deyib.

1
Publika.az