Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun saxlanılması barədə xəbər yayılıb. Xəbər rəsmən təsdiqlənməsə də, sosial şəbəkələrdə və bəzi media orqanlarında israla bildirilir ki, icra hakimiyyətində keçirilən əməliyyat nəticəsində Ceyhun Cəfərovun da qoluna qandal vurulub.
Bu arada Yenisabah.az adıçəkilən icra başçısı barədə maraqlı məlumat əldə edib. Bildirilir ki, Ceyhun Cəfərov “Rabitə işi”ndə həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun yaxın qohumudur. Bəzi məlumatlara görə, icra başçısı keçmiş aparat rəhbərinin qaynıdır. Bu baxımdan, Ceyhun Cəfərovun hələ o zaman həbs təhlükəsi ilə üzləşdiyi barədə iddialar var.