Dünyanın ən zəngin insanının kapitalı tarixi rekord vurdu

DÜNYA
20:00 / 19.08.2020
1057

“Amazon” şirkətinin rəhbəri Ceff Bezosun kapitalı tarixi rekord vurub.

Unikal.org xəbər verir ki, bu barədə “Forbes” yazır.

Şirkətin səhmlərinin dəyəri qalxdıqdan sonra, biznesmenin sərvəti gün ərzində 7,2 milyard dollar artıb. İndi isə Bezosun kapitalı 197,8 milyard dollar məbləğində dəyərləndirilir.

Nəşr vurğulayır ki, bu, “Forbes”in müvafiq hesablamaları apardığı 40 il ərzində qeydə aldığı ən yüksək göstəricidir.

Xatırladaq ki, dünən “Amazon”un hər bir ədəd səhminin qiyməti 4,09%, 3312,49 dollaradək artıb. Bezos isə şirkətin səhmlərinin 11,1%-nə sahibdir. 

0