Ötən gün polis tərəfindən saxlanılan yazıçı Kəramət Böyükçöl sərbəst buraxılıb.
HİT.Az-ın xəbərinə görə, onun barəsində müvafiq araşdırma aparıldıqdan sonra o polis bölməsindən sərbəst buraxılıb.
Qeyd edək ki, K.Böyükçöl dünən "facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.
Polis əməkdaşları bildiriblər ki, məişət zəminnidə səs-küy olduğu üçün qonşulardan şikayət daxil olub. Bundan sonra o, saxlanılaraq aparılıb.