Həbsə düşən icra başçılarının sayı ARTDI

ÖLKƏ
10:42 / 20.08.2020
848

Rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən icra başçılarının ard-arda həbs edilməsi yerli İcra hakimiyyətlərinin rəhbərləri arasında belələrinin hələ çox olduğunu deməyə əsas verir.

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu il rüşvət və korrupsiyaya bulaşan 5 sabiq icra başçısını həbs edib...

Belə ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakmiyyətinin keçmiş başçısı Qoca Səmədov, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın sabiq icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyev təcridxanaya göndərilib... 

Adları çəkilən sabiq məmurlar hazırda istintaq altındadırlar və barələrində araşdırma davam edir.

Dünən həbs olunan icra başçılarının sırası genişlənib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi Kürdəmir rayon İcra Hakimiyyətində vətəndaşlardan daxil olan şikayətlər əsasında xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov saxlanılıb.

Rüşvət almaqda, dövlət əmlakını mənimsəməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinən sabiq məmurları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Milli Məclisin deputatı Vahid Əhmədov icra başçıları saxlanılarkən Modern.az-a bildirmişdi ki, yerlərdən dəfələrlə şikayətlər alırlar.

“Hələ də neqativlər çoxdur. Ona görə də hesab edirəm ki, şəffaflığın təmin olunması, vətəndaş narazılığının aradan qaldırılması üçün proses davam etdirilməlidirdiyinə görə, şəffaflığın təmin olunması, vətəndaş narazılığının aradan qaldırılması üçün proses davam etdirilməlidir”.

Digər deputat Aqil Abbasovun sözlərinə görə, kimlər ki öz yerində deyil, Prezidentin etimadını doğrultmayıb, vətəndaşları razı salmağa cəhd belə etmir, dövlətə, millətə xəyanət edir, istəyir komitə sədri olsun, istəyir nazir, kimliyindən asılı olmayaraq, cəzalanacaqlar.

0
Modern.az