“Nadir Səlifovun ölüm fərmanı Rusiyada verilib”  - AÇIQLAMA

ÖLKƏ
10:55 / 20.08.2020
3053

“Nadir Səlifovun qətlində mərhum Rövşən Lənkəranskinin adamlarının əli yoxdur. “Rövşənin qisası alındı” tipli iddialar puç və absurddur”.

HİT.Az xəbər verir ki, bunu jurnalist, siyasi şərhçi Elçin Alıoğlu deyib. O bildirib ki, ümumiyyətlə, Nadir Səlifovun qətli çox müəmmalıdır: ““Onu öz adamı güllələdi” versiyası primitivdir. Səlifovun ölüm fərmanı Rusiyada verilib”.

E. Alıoğlu deyib ki, Rövşən Canıyevi bilavasitə Merab Canqveladzenin göstərişi ilə güllələmişdilər: “Taro və Merab Canqveladze gizli şəkildə "Cemo" ləqəbli Camal Mikeladze ilə "Ded Xasan"nın, yəni Xasan Usoyanın qətlini təşkil etmişdilər. "Şakro Molodoy", yəni Zaxari Kalaşov 2015-də həbsdən çıxandan az sonra Canqveladze ilə görüşmüş, Rövşənə veriləcək "cəza"nı müzakirə etmişdilər”.

1