Lənkəranda karantin zamanı bu restoranda toy etmək olur - İDDİA (VİDEO)

ÖLKƏ
17:16 / 20.08.2020
1523

Lənkərana fəaliyyət göstərən “Dəniz” restoranında toy mərasimləri təşkil edilir. 

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Həmin restoranda keçirilən toy mərasimlərindən birinin videogörüntüsü də tirajlanıb. 

İddialara görə, toy eləmək üçün müştərilər 3-5 min manat civarında ödəniş etməlidir. Bu restoranın xidmət haqqı deyil. Sadəcə toy eləmək üçün verilən rüşvətdir. 

Bildirilir ki, həmin restoran Lənkəranın icra başçısı Taleh Qaraşova məxsusdur. Bu məlumat sosial şəbəkələri bəzəsə də, hələ ki icra başçısından heç bir reaksiya yoxdur.

 

1
yenisabah.az