"Bu kimi hallar ciddi araşdırılmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında TƏBİB-in yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev Bakıda keçirilən toy şənliklərinə münasibət bildirərkən deyib. TƏBİB rəsmisinin sözlərinə görə, toy şənlikləri infeksiyanın yayılmasımda ciddi rol oynayır:
"Operativ Qərargah brifinqlərdə açıqladığı qayda-qanuna əməl olunması tövsiyə olunur. Əks halda bu faktlar qayda pozuntusudur. Buna Operativ Qərargah icazə verməyib, bu, sadəcə, insanların qayda-qanuna əməl etməməsidir. Bu hallar ciddi araşdırılmalıdır və əgər belə hal varsa, qanun qarşısında cavab verilməlidir”.
Vasif Əliyev bildirib ki, Operativ Qərargah hər zaman insanlara çağırış edir:
"Tövsiyələr verilir ki, maska taxın, sosial məsafəni saxlayın, insanların kütləvi toplaşdığı yerlərə getməyin. Bu insanların fərdi məsuliyyətindən irəli gəlir. Müvafiq qurumlar bununa bağlı araşdırmalar aparmalıdır”.
Qeyd edək ki, Operativ Qərargah COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycanda toylara qadağa qoyub.
Mətbuatda yayılan məlumata görə isə, sabiq millət vəkili Hadı Rəcəbli bu gün oğluna toy mərasimi keçirəcək. Bundan əlavə Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirməsi ilə bağlı video-məlumatlar yayılıb.