Baş Prokurorluq ictimai köməkçilərə vəsiqə verilməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
HİT.Az-ın məlumatına görə, Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib ki, hazırda Prokurorluq orqanlarında ictimai köməkçilərə vəsiqə verilməsi nəzərdə tutulmayıb: “Lakin bu məsələyə gələcəkdə baxıla bilər”.
Qeyd edək ki, Baş Prokurorluğun “Instagram” səhifəsində sual-cavab sessiyası keçirilir. Saat 09:00-dan başlayan sessiya 15:00-dək davam edəcək.
Vətəndaşlar onlayn sessiyaya qoşularaq prokurorluq orqanlarının fəaliyyəti ilә bağlı suallar verə bilərlər.