Lavrov Qarabağdan danışdı

SİYASƏT
10:56 / 21.08.2020
1393

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 12-16 iyun tarixlərində Azərbaycan Ermənistan sərhədində baş verən münaqişənin atəşkəs haqqında 1994-cü il Sazişinin 2016-cı ilin aprel müharibəsindən sonra ikinci genişmiqyaslı pozuntu olduğunu bildirib.

O, bu barədə “Trud” qəzetinə verdiyi müsahibədə danışıb. 

Lavrov Rusiyanın ATƏT-in Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları ən qısa zamanda bərpa etmək üçün işlədiklərini söyləyib: “26 il ərzində ilk dəfə olaraq artilleriya, minaatan və hücum dronlarından istifadə edən yüksək intensiv toqquşmalar Dağlıq Qarabağdakı təmas xəttində deyil, birbaşa Ermənistanla Azərbaycan arasındakı dövlət sərhədi məntəqəsində baş verdi”.

O, qarşıdurmaların əsasında Qarabağ münaqişəsinin həll edilməməsinin dayandığını vurğulayaraq “coğrafi amil də buna təkan verdi. Ermənistanın Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən bərpa etmək qərarı bir tərəfdə yüksək narahatlıq yaratdı, digər tərəf əsassız cavab reaksiyası verdi və yekunda ən gözlənilməz nəticələrlə qarşıdurmaya səbəb oldu” - deyə qeyd edib.

Nazir bununla yanaşı Rusiya Xarici İşlər Nazirliyinin münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərdiyini deyib: "ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bütün bu müddət ərzində iki ölkənin xarici işlər nazirliklərinin rəhbərliyi ilə birbaşa təmasda oldu. Nəticədə Rusiya vasitəçiliyi ilə 16 iyulda atəşkəs əldə edildi".

0