Siyavuş Novruzova töhmət verildi

ÖLKƏ
12:58 / 22.08.2020
1135

COVİD-19 pandemiyasının yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabineti yanında Operativ qərargahın tətbiq etdiyi karantin rejiminin tələblərini kobud surətdə pozduğuna görə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini Siyavuş Novruzova töhmət elan edilib.

"Qafqazinfo"ya daxil olan məlumata görə, Yeni Azərbaycan Partiyası partiyanın bütün üzvlərini tətbiq edilən zəruri karantin rejiminin tələblərinə əməl etməyə, əhalinin sağlamlığına təhlükə yaradan əməllərə yol verməməyə çağırır.  

0