Millət vəkili Ramiz Mehdiyevin nəvəsinə toy etməsindan danışdı: "Heç kəs dövlətə, millətə meydan oxuya bilməz"

ÖLKƏ
13:48 / 22.08.2020
2040

"Dövlət, millətə heç kəs meydan oxuya bilməz. Hüququn aliliyi təmin olunmalıdır. Bizim ölkədə hüququn qarşısında hər kəs bərabər olmalıdır".

Bunu HİT.Az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib. O bildirib ki, belə kobud surətdə pozuntulara yol vermiş məmur, deputat olmağına baxmayaraq, hər kəs qanun qarşısında cavab verməlidir.

"Bu cür hərəkətlər heç kəsə yaraşmaz. Necə ki, xalq riayət edirsə, yaxud riayət etmədiyi halda cəzalandırılırsa, bu, statusundan, tutduğu vəzifəsindən, yaxud da külli miqdarda pulu olmağından asılı olmayaraq hər kəsə şamil edilməlidir. Dövlətə meydan oxumaq düzgün deyil", - deyə millət vəkili əlavə edib.

Çingiz Səfərli

0