Azərbaycanlı biznesmen Belarusun Şərəf ordeni ilə təltif edildi

İQTİSADİYYAT
15:27 / 22.08.2020
1104

Belarusun xarici işlər naziri Vladimir Makey Belarus prezidenti adından azərbaycanlı iş adamı və investor Vasif İsmayılovu Şərəf ordeni ilə təltif edib.

Modern.az-ın məlumatına görə, Vasif İsmayılovun şirkəti Minskdə və Mogilyovda çoxsaylı binalar inşa edib. Hazırda Bobruysk şəhərində iri obyektin, paytaxt Minskdə "Bakı məhəlləsi" yaşayış kompleksinin tikintisi ilə bağlı layihə hazırlanır .

Şirkət 2013-cü ildə Belarusun Azərbaycandakı səfirliyinin komplekslərini inşa edib. İş adamı xeyriyyə fəaliyyətlərində aktiv iştirak edir.

Vasif İsmayılovun Şərəf ordeni ilə təltif edilməsi haqqında qərar 21 noyabr 2019-cu ildə verilib, və bu gün nazir tərəfindən şəxsən təqdim edilib.

0