Bakıda bu yollarda sürət həddi ENDİRİLDİ

ÖLKƏ
10:12 / 23.08.2020
799

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib.

Bakı Nəqliyyat Agentliyindən HİT.Az-a verilən məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır.

BNA bütün sürücülərə diqqətli olmağı, yağışlı hava şəraitini nəzərə almalarını və sürət həddini aşmamağı tövsiyə edir.


0