“Səhhətim yaxşıdır. Yavaş-yavaş hər şey yaxşılığa doğru gedir”.
Bu sözləri Modern.az-a COVID-19 diaqnozu ilə karantin xəstəxanasında müalicə alan sabiq deputat, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib. O bildirib ki, koronovirusdan müalicəsi davam edir:
“Hələ ki xəstəxanadayam. Həkimlərin dediyinə görə, bir həftəlik müalicəm qalıb. Proses bitəndən sonra ev karantininə buraxılacağam. Müalicənin nəticəsi müsbət oldu”.
Xatırladaq ki, iyul ayının 27-də A. Əlizadənin və həyat yoldaşının koronavirusa yoluxduğu barədə məlumatlar yayıldı. Sabiq deputatın “Yeni klinika”da müalicəsi davam etdirilir. A. Əlizadənin həyat yoldaşı isə sağalıb və evə buraxılıb.