Xəbər verdiyimiz kimi, Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
HİT.Az xəbər verir ki, yeni icra başçısı Faiq Qürbətov uzun illər gənclər sektorunda çalışıb.
O Gənclər Fondunda məsul vəzifədə işləyib.
Faiq Qürbətovun son işi isə İctimai Televiziya olub. O İTV-nin mərkəzi aparatının rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, Faiq Qürbətov 2016-cı ildə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.