Təkrar yoluxma istisna edilmir - ÜST

DÜNYA
19:02 / 24.08.2020
1167

Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa təkrar yoluxmanı istisna etmir, lakin tələsik nəticələrə gəlməməyə çağırıb.

HİT.Az xəbər verir ki, bu barədə Honkonqdakı təkrar yoluxmanı şərh edən ÜST-ün mütəxəssisi Mariya Kerkhove danışıb.

“Digər koronaviruslardan bilirik ki, immunitet müəyyən zaman qalır. Hələlik xəstəliyi keçirənlərdə immunitetin olduğunu görürük. Ancaq araşdırmalar davam edir”.

0