Zakir Qaralov korrupsiyaya qarşı mübarizə aparanların sırasında...

ÖLKƏ
16:36 / 25.08.2020
1004

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının tərkibində bir müddət əvvəl dəyişiklik olub.

Modern.az-ın məlumatına görə, qurumun Prezident və Milli Məclis tərəfindən təyin olunan üzvləri dəyişsə də, Konstitusiya Məhkəməsi hələ ki bunu etməyib.

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası 3 mart 2004-ci il tarixində yaradılıb. Qurum korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirir.  

Komissiya 15 nəfər üzvdən ibarətdir. Qurumun 5 üzvü Prezident tərəfindən, 5 üzvü Milli Məclis tərəfindən, 5 üzvü isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir.

Qeyd etdiyimiz kimi, Prezident və Milli Məclis tərəfindən təyin olunan Komissiya üzvləri dəyişsə də, Konstitusiya Məhkəməsi dəyişiklik etməyib.

Hazırda Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş üzvlər arasında sabiq Baş prokuror Zakir Qaralov da qalır.

Komissiyanın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Komissiyanın sədri həyata keçirir.

Komissiyanın iclasları mütəmadi olaraq, lakin üç ayda bir dəfədən az olmayaraq keçirilir.


Prezident tərəfindən təyin olunmuş Komissiya üzvləri:


Samir Nuriyev  Komissiyanın sədri,  Prezident Administrasiyasının rəhbəri

Vilayət Eyvazov - Daxili işlər naziri

Şahin Əliyev – Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov - Prezidentin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri

Əli Nağıyev  - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi


Milli Məclis tərəfindən təyin olunmuş Komissiya üzvləri:


Adil Əliyev - Milli Məclisi Sədrinin müavini

Əminə Ağazadə - Milli Məclisin deputatı

Elşad Mirbəşir oğlu - Milli Məclisin deputatı

Arzu Nağıyev  - Milli Məclisin deputatı

Səfa Mirzəyev - Milli Məclis Aparatının rəhbəri


Konstitusiya Məhkəməsi tərəfindən təyin olunmuş Komissiya üzvləri:


Fərhad Abdullayev - Konstitusiya Məhkəməsinin sədri

Fikrət Məmmədov - Ədliyyə naziri

Zakir Qaralov - Sabiq Baş prokuror

Ramiz Rzayev - Ali Məhkəmənin sədri

Anar Bağırov - Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri.

0