Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112 - Qaynar Xətt”inə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, əraziya Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələrə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.
****
Ədliyyə Nazirliyinin binası yanır.
Binanın yuxarı mərtəbəsində yanğın başlayıb. Buna görə də nazirliyin rəsmi səhifəsində aparılan canlı yayım dayandırılıb.
Hazırda əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Nazirliyin əməkdaşları binadan təxliyə olunub.