Noyabrda koronavirusun ikinci dalğası başlayacaq

DÜNYA
22:00 / 26.08.2020
1064

COVID-19 pandemiyasının ikinci dalğası Fransada noyabrda başlaya bilər.

HİT.Az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə pandemiya ilə mübarizədə Fransa hökumətinə məsləhət verən elmi şuranın rəhbəri Jan-François Delfraissi deyib.

"Noyabrda ikinci dalğa ilə üzləşəcəyimizlə bağlı qorxular var", o bildirib.

Qeyd edək ki, Fransa Avropa regionunda koronavirusun təsirindən ən çoz zərər görən ölkələr arasındadır. İndiyə qədər bu ölkədə 30544 nəfər koronavirusdan vəfat edib.

Avqustun 25-də ölkədə 3304 yeni yoluxma, 16 ölüm faktı qeydə alınıb.

0