Nazirlikdəki yanğının səbəbi BİLİNDİ

ÖLKƏ
14:05 / 26.08.2020
847

“Bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib”.

“MediaPost” xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova qeyd edib. O bildirib ki, nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın söndürülüb.

Eyni zamanda, FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib.

A.Sabitova hadisə nəticəsində xəsarət alan olmadığını söyləyib:

“Sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş ahənginə heç bir təsiri olmayıb”.

0