Bakıda qadınların yolu bağlamağa cəhd etməsiylə bağlı AÇIQLAMA

ÖLKƏ
09:50 / 27.08.2020
854

Bakıda bir qrup qadının yolu bağlamağa cəhd etməsi ilə bağlı yayılan görüntülər haqda rəsmi açıqlama verilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, avqustun 26-da Yasamal rayonu ərazisində hərəkətin intensiv olduğu prospektlərin birində bri qrup qadn avtomobil yoluna çıxaraq təhlükəli vəziyyət yaradıblar:

“Ərazidə xidmət edən polis əməkdaşları tərəfindən dərhal həmin cəhdin qarşısı alınıb. Onların ərazidən uzaqlaşdırılması təmin olunub. Qeyd olunan hərəkətlərə cəhd edən şəxslərlə profilkatik söhbətlər aparılmaqla bu əməlin təhlükəli olması onların diqqətinə çatdırılıb”.

0