Nazirlik şirkət direktoruna məcburi göstəriş verdi

ÖLKƏ
11:46 / 27.08.2020
730

Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb.

Xidmətin rəis müavini Ramal Bağırov Trend-ə bildirib ki, araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktı təsdiqini tapıb.

“Ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədilə müəssisənin direktoruna məcburi göstəriş verilib”.

0