DİN-dən dəhşətli qəza ilə bağlı Açıqlama

ÖLKƏ
18:47 / 27.08.2020
1066

Daxili İşlər Nazirliyi Ağdaş rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

HİT.Az xəbər verir ki, avqustun 26-da saat 3 radələrində Ağdaş şəhəri ərazisində Kotanarx kənd sakini S.Məmmədov idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sərnişinlərindən həmkəndliləri Nəsir Əliyarov hadisə yerində ölüb, özü və digər sərnişinləri Nəsib Əliyarov, Səlim İsmayılov və Şəmistan Qəribov xəstəxanaya yerləşdiriliblər.

Ş.Qəribov və N.Əliyarov orada ölüb.

Faktla bağlı Ağdaş rayon polis şöbəsində araşdırma aparılır.

2
Teleqraf.co