Erməni diversant zabit haqqında yeni məlumatlar üzə çıxdı

ÖLKƏ
14:38 / 27.08.2020
1288

Azərbaycan Ordusu tərəfindən təxtibata cəhd edərkən ələ keçirilən erməni zabit Qurqen Alaverdyan Ermənistanın Qeğarkunik vilayətinin Martuni şəhərinin sakinidir. Martuninin şəhər başçısı Armen Avetisyan bildirib ki, Qurqeni çox yaxşı tanıyır, çünki Qurqen təkcə onun icmasının sakini yox, həm də qonşusudur.

“Qurqen anası, həyat yoldaşı və uşaqları ilə yaşayır. Anası müəllimdir, kollecdə dərs deyir. Qurqenin bacısı da var, evlənib, ailəsi ilə yaşayır. Qurqenin özünün 2 və 6 yaşlı iki qızı var. Qızlarından biri bu il məktəbə getməlidir”, - deyə Avetisyan bildirib.

0
Ordu.az