Bu ərazilərdə su yenə kəsiləcək

ÖLKƏ
13:41 / 27.08.2020
763

Bölgələrdə yağıntılar səbəbindən Kür çayında bulanıqlıq artdığından Kür sutəmizləyici qurğularında suyun emalı müvəqqəti dayandırılıb.

Bu barədə HİT.Az-a Azərsu ASC-dən bildirilib.

Məlumata görə, bununla əlaqədar bu gün Şirvan və Hacıqabul şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

1