Sumqayıtdan Bakıya gələn yolda tıxac yarandı - FOTO

09:15 / 28.08.2020
1152

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn yolda böyük tıxac yaranıb.

HİT.Az xəbər verir ki, tıxaca səbəb Bakı-Sumqayıt yolunda, Xırdalan dairəsi yaxınlığında yerləşən dəmiryolu körpüsü üzərində relslərin sökülməsi işləridir.

Hazırda tıxac Xırdalan dairəsi yaxınlığından “Riad” Ticarət Mərkəzinə kimi uzanır.

0