Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA

ÖLKƏ
10:52 / 28.08.2020
797

“Bakı Metropoliteni” fəaliyyətə tam hazır vəziyyətdədir.

Bu barədə Oxu.Az-a açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, dünən və bu gün metronun açılacağı tarixlə bağlı heç bir məlumat verilməyib:

“Metroda infrastruktur hazır vəziyyətdə saxlanılır. Biz də fəaliyyətə başlamaq üçün qərar gözləyirik. Yaxın zamanda metronun fəaliyyəti bərpa olunarsa, qurum olaraq sərnişinlərimizin xidmətində olacağıq”.

0