“Rayonlara gediş- gəliş ölkə ictimaiyyətini narahat edir. Mən də istərdim ki, açılmayla bağlı bu xoş xəbəri bu gün ictimaiyyətə çatdırım. Ancaq edə bilmərəm”.
Bunu Operativ Qərargahın bu gün keçirilən brifinqində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, atasını sonuncu dəfə mart ayının 13-də görüb: “Mən də istərdim ki, ailə üzvlərini görüm. Atam Gəncə şəhərində yaşayır, onu sonuncu dəfə övladımın ad günündə görə bilmişdim. Ümid edək ki, yaxın vaxtlarda belə bir qərarı da ictimaiyyətə açıqlaya biləcəyik”.