Operativ Qərargahdan xaricə getmək istəyən vətəndaşlara ÇAĞIRIŞ

ÖLKƏ
11:51 / 29.08.2020
810

Xarici ölkələrdən vətəndaşlarımızın həm quru, həm də hava yolu ilə koronavirus testi əsasında ölkəyə gətirilməsi prosesi davam etdirilir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev qeyd edib ki, vətəndaşlarımız hazırki dövrdə ciddi zərurət olmadan xarici ölkələrə getməkdən çəkinməlidir: “Biz vətəndaşlarımıza çağırış edirik ki, ciddi zərurət olmadan xarici ölkələrə səfərdən çəkinsinlər. Sanitar-epidemioloji vəziyyət hər an pisləşə bilər və vətəndaşlarımızın ölkəyə qayıtmasında çətinliklər yarana bilər”.

0