Regionlardakı hotellərin fəaliyyəti necə tənzimlənəcək? - AÇIQLAMA

ÖLKƏ
12:43 / 29.08.2020
895

Regionlardakı hotellərin fəaliyyətinin bərpası bilavasitə rayonlara gediş-gəliş açıldıqdan sonra müzakirə edilə bilər.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, rayonlara gediş-gəlişin açılması ilə bağlı konkret qərar yoxdur:

“Bununla bağlı regionlarda hotellərin açılması sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla müzakirə edilə bilər. Amma bu, sonrakı mərhələdir. Bu istiqamətdə də müəyyən müzakirələrin aparılmasına ehtiyac var”.

0