İsveçin Malmö şəhərində aktivistlər Quranı yandırıb internetdə videosunu yerləşdirəndən sonra şəhəri iğtişaşlar bürüyüb.
Qaynarinfo xəbər verir ki, bu haqda SVT telekanalı məlumat yayıb.
Aktivistlərin bu hərəkəti qəzəb fırtınasına səbəb olub - iğtişaşçılar fişənglər yandıraraq polisə atıb, avtomobil təkərlərini yandırıblar. Nəticədə çox sayda polis zədələnib, bir neçə polis və xilasetmə maşını da yanıb. 20 nəfərin saxlanıldığı bildirilir.
Qeyd edək ki, Malmö inzibati məhkəməsinin isveçli küçə sənətçisi Dan Pakın şəhərdə Quranı yandırmağı planladığı İslam əleyhinə aksiya keçirməsini rədd etməsindən sonra Danimarka sağçı ekstremist partiyalarından birinin üzvləri Quranı yandırmaq qərarına gəliblər.
Axar.az