“Bu ana qədər 800-dən çox Livan ermənisi Ermənistana gəlib”.
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu avqustun 28-də Ermənistan parlamentində jurnalistlərə açıqlamasında Ermənistanın Diaspor məsələləri ofisinin rəhbəri Zareh Sinanyan deyib.
“Onların bir hissəsi məlum partlayışdan əvvəl, birinci təyyarə İrəvana gələndə gəlmişdi. Bu axın davamlıdır, indi həftədə 2 dəfə Beyrutdan Ermənistana uçuşumuz var. Bütün uçuşlar demək olar dolu gəlir”, - deyə Sinanyan bildirib.