Hücuma hazırlaşırdılar, türk ordusu məhv etdi - Əməliyyat

SİYASƏT
22:00 / 30.08.2020
1350

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Zap bölgəsində PKKPYD terror təşkilatına qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əməliyyat nəticəsində təxribata hazırlaşan 4 terrorçu məhv edilib. Terrorçulara qarşı əməliyyatların davam edəcəyi vurğulanıb.

1