"Bugünkü statistikaya əsasən deyə bilərik ki, iyun-iyulda toyların keçirilməsi nəzərdə tutulmayıb".
HİT.Az-ın məlumatına görə, bunu Operativ Qərargahın brifinqində Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.
O qeyd edib ki, bu indiki vəziyyətə əsasən deyilən fikirdir: "Sonrakı ayda hansı proseslər olacaq, biz bunu indidən deyə bilmərik".