Azərbaycanın 10 şəhər və rayonu sərt karantin rejimi zonasından çıxarılıb.
HİT.Az-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargah COVID-19 virusun yoluxma dinamikasına və mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Yevlax şəhərləri və Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının 2020-ci il 31 avqust tarixdən etibarən sərt karantin rejimi zonasından çıxarılmasına qərar verib.
Yoluxma hallarının yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda isə bəzi əlavə məhdudiyyətlər davam edəcək.